“Yurqorden” Musanı oynatmadı, İsveç kubokunu qazana bilmədi

2 May 2024 01:00 Bizimkilər 875
“Yurqorden” Musanı oynatmadı, İsveç kubokunu qazana bilmədi

İsveç kubokunun final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici oyunda “Malmö” ilə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” üz-üzə gəliblər.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabıyla yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan “Malmö” kuboka sahib çıxıb – 4:1.

Musa final matçında sonadək ehtiyatda qalıb. “Yurqorden” finaldan qalib ayrılsa, Qurbanlı İsveç kubokunu qazanmış ilk azərbaycanlı ola bilərdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO