Şeydayevlə Diniyev üz-üzə gəldi, kim sevindi, kim üzüldü? – Türkiyədən VİDEO

23 Aprel 2024 01:00 Bizimkilər 917
Şeydayevlə Diniyev üz-üzə gəldi, kim sevindi, kim üzüldü? – Türkiyədən VİDEO

Türkiyə birinci liqasında 31-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” öz meydanında Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”u qəbul edib.

Milli komandamızın hər iki üzvü meydana start heyətində çıxıb.

Şeydayev görüşü əvəzolunmadan keçirdiyi halda, Diniyev 80-ci dəqiqədə Emre Demirlə əvəzlənib. Coşqun 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qarşılaşmanın taleyini bir top həll edib. Emrecan Bulutun 67-ci dəqiqədə vurduğu qol “Ümraniyespor”a 1:0 hesablı qələbə qazandırıb.

Bununla da 3 oyunluq qələbə həsrətinə son qoyan Coşqun Diniyevin komandası xallarının 37-ə çatdırmaqla turnir cədvəlində 11-ci pilləyə yüksəlib.

Əvvəlki kimi 52 xalda qalan “Kocaelispor” isə 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!