"Burada Ramildən gözləntilər böyük idi" - "Kocaelispor"u çalışdırmış məşqçi

17 Aprel 02:30 Bizimkilər 667
"Burada Ramildən gözləntilər böyük idi" - "Kocaelispor"u çalışdırmış məşqçi

Sportinfo.az xəbər verir ki, "Kocaelispor"un sabiq baş məşqçisi, bu komandanı ilk dəfə avrokuboklara çıxaran Güvənç Kurtar sportal.az-a açıqlama verib.

Vaxtı ilə "Rəvan" klubunu da çalışdırmış türkiyəli mütəxəssis "Kocaelispor"un azərbaycanlı hücumçusu Ramil Şeydayevin performansı haqda danışıb.

O, millimizin forvardının son turlarda özünü daha yaxşı tərəfdən göstərdiyini bildirib:

"Ramildən gözləntilər böyük idi. Performansında irəliləyiş olduğu görünür.

Millinin düşərgəsinə getdi və sonra geri qayıtdı, daha da yaxşı durumdadır. Əsas heyət oyunçusu kimi komandaya gətirildiyi üçün gözləntilərin olması da normal haldır.

Zamana ehtiyacı var idi. Çünki komandada yeni idi.

Amma görünür ki, adaptasiyası yaxşı keçib və komandanın oyun sisteminə uyğunlaşıb. Son oyunlarda özünü ən yaxşı tərəfdən göstərir.

Bu da onu göstərir ki, komandası üçün əsas oyunçulardan birinə çevrilir. İnanıram ki, mövsümün sonu yaxınlaşdıqca, komandası üçün həlledici matçlarda yenə də vacib fiqur olacaq".

28 yaşlı forvard 2024-cü il yanvarın 17-də "Kocaelispor"la müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər İzmit təmsilçisinə məxsus olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU