"Yurqorden" Musanı gənclər komandasına göndərdi, o da…

17 Aprel 2024 01:20 Bizimkilər 3 857
"Yurqorden" Musanı gənclər komandasına göndərdi, o da…

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində oyuna çıxıb.

Sportinfo.az İsveç klubunun saytına istinadən xəbər verir ki, gənclərdən ibarət komanda Elit Liqanın kuboku matçında "Norççepinq"dən olan həmyaşıdlarını qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bütün 90 dəqiqəni meydanda olan M.Qurbanlı 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.

"Yurqorden"in saytı Musanın penaltini soyuqqanlı şəkildə yerinə yetirdiyini yazıb. Musanın sonra da qol vurmaq şansı olsa da, rəqib qapıçı onun zərbələrinin qarşısını ala bilib.

Aprelin 14-də “Yurqorden”in əsas komandası İsveç çempionatının 3-cü turunda “Sirius”la qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

Musanın adı bu oyunun iştirakçıları sırasına daxil edilməyib. “Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf bunu komandadakı rəqabətlə əlaqələndirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!