"Şeydayevin transferində yanıldıq, bizi məyus etdi"

14 Aprel 09:50 Bizimkilər 6 730
"Şeydayevin transferində yanıldıq, bizi məyus etdi"

Sportinfo.az xəbər verir ki, Ramil Şeydayevin “2024 FİFA series” layihəsi üçün yığmaya dəvət edildiyi günlərdə “Kocaelispor” azarkeşləri tərəfindən tənqid edilib.

Onlar klubda ciddi uğurla yadda qalmayan futbolçunun yığmaya çağrılmasını təəccüblə qarşılamışdılar.

Azarkeşlər “Monqolustana belə qol vura bilmir. Ramili və onu “Kocaelispor”a gətirən mütəxəssisləri təbrik edirəm. Qazancınız bol olsun”, “almasına aldıq, bəs necə satacağıq? Ramili hansı klub almaq istəyər?” kimi reaksiyalarla qarşılayıblar.

Türkiyəli jurnalist Uğur Uludağ isə Atabəy Çiçək və Duqlas Tankenin gedişindən sonra bütün planların pozulduğunu, hücum xəttinin çökdüyünü qeyd edib:

“Çempion olub-olmayacağmız iki futbolçudan asılıdı. Ya Ramil Şeydayev, ya da Kristian Kouakou ümid işığı olmalıdı.

Xatırlayırsızsa, sabiq baş məşqçi Ərtoğrul Sağlama qəzəblənirdik. Çünki bu futbolçulara şans vermirdi.

Sən demə, haqlı imiş! Atabəylə Duqlasın yoxluğunda ikisi də bizi məyus etdi. Kouakou start heyətində meydana çıxır.

O, nə rəqibin müdafiəçilərini yorur, nə də təkbətək mübarizələrdən qalib ayrılır. Ümumiyyətlə, onun heyətdə olması yanlışdı.

Ramil də camiəmizə xəyal qırıqlığı yaşatdı. Onu həm mərkəz, həm də cinah hücumçusu kimi çıxış edə bildiyi üçün transfer etdik.

Səmimi olsaq, hələ ki bacarğını ortaya qoya bilməyib. Halbuki onu ilk dəfə meydana çıxdığı matçda bəyənmiş, çox oynasa, performansını daha da yaxşılaşdıracağını düşünmüşdük.

Ramil bizi ümidləndirsə də, sonradan yanıldığımızı göstərdi. Əlbəttə, burda baş məşqçi Mustafa Gürsəlin ona az şans verməsinin də payı var.

Mustafa bəyi incitmədən ona yardım etmək istəyirəm. Növbəti matçlarda Ramilə çox şans verək.

Siz gəldiyinizdən bəri Kouakouya güvənirsiz və hər dəfə bizi məyus edir. Azərbaycanlı hücumçu millidə hər iki oyunda meydanda oldu.

Fiziki hazırlığı yaxşı səviyyədədi. Bu fürsəti dəyərləndirin və onu mərkəz yox, cinah hücumçusu kimi meydana buraxın.

Bu dəfə də alınmasa, deməli, ümid yoxdu”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU