Azərbaycanlı xanımıar Avropa çempionatına təyinat aldı

1 Mart 2024 03:30 Bizimkilər 620
Azərbaycanlı xanımıar Avropa çempionatına təyinat aldı

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər.

Onlar ilk olaraq martın 11-də reallaşacaq qarşılaşmada iş başında olacaqlar.

11 mart

14:30. Belarus – Andorra

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro).

Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro).

“Topoplica Stadion” stadionu.

14 mart

17:00. Monteneqro – Andorra

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya).

Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya).

“Mitar Mićo Goliš” stadionu

17 mart

17:00. Monteneqro – Belarus

Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə.

Dördüncü hakim: Fəridə Lütfəliyeva.

“Gradski Stadion Podgorica” stadionu

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!