Xankəndi yolunda qəzaya düşdü, UEFA-dan təyinat aldı

1 Mart 2024 08:40 Bizimkilər 698
Xankəndi yolunda qəzaya düşdü, UEFA-dan təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Sportinfo.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycanlı funksioner UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərindəki "Stadium Graz Liebenau" stadionunda keçiriləcək "Şturm" (Avstriya) – "Lill" (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanına çırpılıb.

Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!