Avropanın daha bir klubundan Musa Qurbanlıya təklif var

25 Yanvar 2024 08:40 Bizimkilər 21 273
Avropanın daha bir klubundan Musa Qurbanlıya təklif var

Azərbaycan milli komandasının və “Yurqorden”in forvardı Musa Qurbanlı Polşa klubunun transfer siyahısına daxil olub.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Polşa yüksək liqasında mübarizə aparan “Yagelloniya” Qurbanlını izləyir.

Belostok təmsilçisi Musa üçün “Yurqorden”ə müraciət edəcək.

Bu mövsüm Polşa liqasında çempionluğa oynayan və hazırda ikinci yerdə qərarlaşan “Yagelloniya” qışda alınmasa da, ən pis halda, azərbaycanlının transferini yayda reallaşdırmağı düşünür.

Millimizin forvardı 2023-cü il iyulun 7-də “Yurqorden”ə keçib. O, 2026-cı il iyunun 30-na qədər İsveç klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!