Ramil Şeydayev Superliqada oynamaq istəyir

24 Yanvar 2024 17:20 Bizimkilər 1 095
Ramil Şeydayev Superliqada oynamaq istəyir

“Hədəfimiz Superliqaya vəsiqə qazanmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Kocaelispor”un yeni transferi Ramil Şeydayev yerli mətbuata açıqlamasında deyib.

Azərbaycan millisinin futbolçusu TFF I Liqasında çempionluğu hədəflədiklərini bildirib:

“Altay”la növbəti turun oyununda debüt etmək istəyirəm. Bu, baş məşqçinin qərarından asılı olacaq.

Baş məşqçinin qərarına hər zaman hörmətlə yanaşıram. Çempionluğa doğru addım-addım irəliləmək lazımdır”.

27 yaşlı hücumçu “Eyüpspor”u 2:1 hesabı ilə məğlub etdikləri XIX turun oyunu barədə də fikirlərini bölüşüb:

“Eyüpspor”la matç yaxşı keçdi. Sürətli gedişlər oldu, atmosfer mükəmməl idi.

“Eyüpspor” üçün çətin mübarizə alındı. Azarkeşlərimiz sayəsində bunu bacardıq.

Çünki rəqibin futbolçularına böyük təzyiq göstərdilər. Açığı, çox xoşuma gəldi”.

Ramil Şeydayev qış transfer dönəmində “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti