Türkiyə Super Liqasında 22-ci turun matçları keçirilir.
Gərgin keçən oyunlardan biri “Beşiktaş” və “Adana Dəmirspor” klubları arasında baş tutub.
“Beşiktaş Park”da oynanılan oyun azərbaycanlı futbol azarkeşlərinin də diqqətində olub.
Bu da səbəbsiz deyil.
Belə ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də "Beşiktaş"a qarşı 90 dəqiqə meydanda olub.
Onun formasını geyindiyi "Adana Demirspor" İstanbul nəhəngi ilə səfər matçından 1 xalla qayıdıb.
Bunda sabiq “Qarabağ”lının əməyi böyük olub.
Xüsusilə onun komanda yoldaşı Yusuf Barasının 48-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra “qara qartallar”ın təhlükəli vəziyyətləri bir-birini əvəz edib.
Amma Şah” sona qədər qapısının toxunulmaz saxlamağı bacarıb.
O, bunun üçün Cenk Tosun, Milot Rashitça kimi ulduzların təhlükəli zərbələrin dəf etməklə yadda qalıb.
29 yaşlı qolkiperin Türkiyə millisinin forvardının zərbəsinə göstərdiyi reaksiya daha baxımlı və fantastik olub.
Yəqin ki, əks halda Adana klubu üçün məğlubiyyət qaçılmaz olacaqdı.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin kadrları sizə təqdim edirik:

