Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci liqasında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda 19-cu turda "Bandırmaspor"u qəbul edib.
Oyun Bolu təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsaı start heyətdə meydana daxil olub və 86-cı dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Boluspor" 26 xalla 9-cu, "Bandırmaspor" 30 xalla 7-ci pillədə qərarlaşıb. Turnur cədvəlinə 45 xalla Arda Turanın çalışdırdığı "Eyüpspor" başçılıq edir.
"Boluspor" - "Bandırmaspor" - 2:1
Qollar: Posmak, 45+1 (1:0), Bettayeb, 90+7 (2:0), Çeçenoğlu, 90+10 (2:1)

