Renat meydana daxil oldu, “Hatayspor” böyük hesabla uduzdu

20 Yanvar 2024 20:20 Bizimkilər 756
Renat meydana daxil oldu, “Hatayspor” böyük hesabla uduzdu

Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün səfərdə "Kasımpaşa"nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana daxil olub.

21 turdan sonra 21 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

"Kasımpaşa" - "Hatayspor" 3:0

Qollar: Klaudio, 74, Da Kosta, 79, Payız, 89

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!