Ramilə Türkiyədə “ölüm yoxdur” – Cənnətə düşüb!

18 Yanvar 2024 21:20 Bizimkilər 1 165
Ramilə Türkiyədə “ölüm yoxdur” – Cənnətə düşüb!

Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.

Yayda “Qarabağ”dan ayrılandan sonra Taylandın “Buriram Yunayted”i ilə müqavilə bağlayan Azərbaycan millisinin üzvü “Kocaelispor”la müqavilə bağlayıb.

Şeydayev qardaş ölkənin təmsilçisi ilə ilyarımlıq sözləşmə imzalayıb.

“Kocaelispor” həmyerlimizin “yaşıl-qaralar”a keçidini maraqlı formada təqdim edib.

Belə ki, Ramilin 2017-ci ildə Almaniya – Azərbaycan qarşılaşmasında meydan sahiblərinin qapısına vurduğu qol səhifədə yerləşdirilib. Həmin görüntüdə “11 nömrə”miz o dönəmdə “Çelsi”nin formasını geyinən Antnio Rüdigeri driblinqlər hesabına yerə yıxaraq topu yaxın küncə göndərib.

Ucaboy forvardın “Kocaelispor”la anlaşması yerli azarkeşlər tərəfindən coşqu ilə qarşılanıb. Onlar azərbaycanlı futbolçunun keçidinə müxtəlif formada reaksiyalar veriblər ki, ən çox diqqətçəkən Rüdiger kimi cüssəli forvardı bir hərəkətlə yerə sərməsinə görə yazılanlardır.

Ramilin qolçuluq bacarığı ilə komandanın hücum xəttindəki problemin ən qısa zamanda aradan qalxacağına, onun “Kocaelispor”da “İmperator”un (“Kocaelispor” azarkeşləri Rəşad Sadıqovu bu ləqəblə xatırlayır – H.) davamçısı olacağına, müxtəlif ölkələrrdə topladığı təcrübənin yeni komandasında işə yarayacağına hədsiz inam bəsləyirlər.

Bir sözlə, Şeydayev Kocaelidə cənnətə düşüb. Qalır vuracağı qollar, verəcəyi qol ötürmələri ilə ümidləri doğrultmaq, azarkeşlərin sevgisinə qarşılıq vermək.

Türkiyənin Birinci Liqasında mübarizə aparan “Kocaelispor” 18 turdan sonra topladığı 33 xalla 3-cü pillədə qərarlaşıb. Ertuğrul Sağlamın rəhbərlik etdiyi komanda Arda Turanın baş məşqçisi olduğu lider “Eyüpspor”dan 12 xal geri qalır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!