Ramil Şeydayev debüt oyununu Arda Turanı qarşısında görəcək

18 Yanvar 2024 16:20 Bizimkilər 1 046
Ramil Şeydayev debüt oyununu Arda Turanı qarşısında görəcək

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Kocaelispor”un heyətində debüt oyununu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”a qarşı keçirəcək.

Sportinfo.az xəbər verir ki, bunu TFF I Liqa təmsilçisinin baş məşqçisi Ərtuğrul Sağlam yerli mətbuata açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, 28 yaşlı hücumçu komandaya hazır vəziyyətdə qoşulub: “Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də digər transferlərimiz oynamağa hazırdırlar”.

Ramil Şeydayev ötən gün “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb. Kocaeli komandası I Liqanın XIX turu çərçivəsində yanvarın 20-də “Eyüpspor”u qəbul edəcək.

Hazırda “Eyüpspor” 45 xalla turnir cədvəlinə başçılıq edir. Üçüncü sıradakı “Kocaelispor”un hesabında isə 33 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda