Türkiyə mediası millimizin forvardından indi də bunu yazdı

17 Yanvar 2024 09:20 Bizimkilər 1 162
Türkiyə mediası millimizin forvardından indi də bunu yazdı

"Buriram Yunayted" və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yerli "Kocaelispor"la müqavilə imzalamaq üçün yaxın vaxtlarda Türkiyəyə yollanacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Özgür Kocaeli" portalı yazıb.

Türkiyə mətbuatı millimizin hücumçusunun mümkün transferi haqda bunları qeyd edib:

"Şəxsi və ailə işlərini hələ başa vurmayan Şeydayevin yaxın günlərdə Türkiyəyə uçaraq yeni komandasının düşərgəsinə qoşulacağı gözlənilir. O, tezliklə "Kocaelispor"a keçəcək".

27 yaşlı futbolçunun “Buriram Yunayted”lə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti