Türkiyənin məşhur qəzeti “Sportinfo“nun “Qalatasaray” və “Fənərbağça”la bağlı XƏBƏRİNİ TƏSDİQLƏDİ

9 Yanvar 2024 10:40 Bizimkilər 1 105
Türkiyənin məşhur qəzeti “Sportinfo“nun “Qalatasaray” və “Fənərbağça”la bağlı XƏBƏRİNİ TƏSDİQLƏDİ

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.

Yerli “Fotospor” qəzeti bununla bağlı Sportinfo.az-ın günlər öncə yaydığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sizden_bize/187952.html),

Bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.

Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” yaxın günlərdə təklifə cavab verəcəklər. Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.

2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.

Redaksiyamızda olan son məlumata görə, Azərbaycan tərəfi Superkubokun ölkəmizdə təşkili üçün istənilən köməkliyi etməyə hazır olduğunu bildirib.

Konkret ünvan da göbstərilib.TFF, həmçinin “Qalatasaray” və “Fənərbağça” razılıq verərsə, matç Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda