“Mən tipik "9 nömrə"yəm, hər zaman qol vurmaq üçün fürsət axtaran hücumçuyam“.
Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin və “Yurqorden“in forvardı Musa Qurbanlıya məxsusdur.
2023-cü ilin yayında “Qarabağ“dan İsveçə klubuna gedən 23 yaşlı qolçu yerli mətbuata danışıb. O, oyun tərzindən danışaraq bunları qeyd edib:
“Qol vurmaq mənim həvəsimdir. Uşaq vaxtı mümkün qədər çox qol vurmaq istəyirdim.
Ona görə də həmişə irəlidə düşünməyə çalışıram və variantları axtararaq cərimə meydançasına qaçıram. Eşitdim ki, "Yurqorden" mənim tipli oyunçu axtarır.
Zehni aspekt mənim güclü tərəflərimdən biridir, ona görə də bu rolu üzərimə götürməyə hazıram və "Yurqorden" üçün qollar vurmağa başlamağı səbirsizliklə gözləyirəm".
Qurbanlı fikirlərinə belə davam edib:
“Aydındır ki, mənə təzyiqlər var. Ancaq bu, məni qətiyyən narahat etmir.
Təzyiq futbolun bir hissəsidir və onsuz inkişaf etmək olmaz. Mənim işim qol vurmaqdır və komandaya töhfə vermək üçün hər zaman çox çalışıram.
Yeni titullar qazanmaq üçün əlimdən gələni edəcəm”.

