Musa İsveçdə elə bir atmosferə düşdü ki... VİDEO

25 Sentyabr 00:50 Bizimkilər 4 812
Musa İsveçdə elə bir atmosferə düşdü ki... VİDEO

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 24-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda Stokholm derbisi matçında AİK-in qonağı olub.

Görüş AİK-in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Musa Qurbanlı matça start heyətdə başlayıb və 53-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Yurqorden" hazırda 40 xalla (24 oyun) 4-cü, AİK 28 xalla (23 oyun) 1c-cidirr. Turnir cədvəlinə 52 xalla (24 oyun) "Malmö" başçılıq edir.

M.Qurbanlı "Yurqorden"lə İsveç çempionatında bu mövsüm meydana çıxdığı 8 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"