Musa Qurbanlı bu gün İsveçdə derbidə şans qazanacaqmı?

24 Sentyabr 2023 14:50 Bizimkilər 856
Musa Qurbanlı bu gün İsveçdə derbidə şans qazanacaqmı?

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 24-cü tur oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, komanda Stokholm derbisi matçında AİK-in qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Yurqorden" hazırda 40 xalla (23 oyun) 4-cü, AİK 25 xalla (23 oyun) 13-cüdür. Turnir cədvəlinə 52 xalla (24 oyun) "Malmö" başçılıq edir.

"Elfsborq" 48 xalla (23 oyun) 2-ci, "Hakken" 47 xalla (23 oyun) 3-cü pillədə qərarlaşıb.

M.Qurbanlı "Yurqorden"lə İsveç çempionatında bu mövsüm meydana çıxdığı 7 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti