COP29

Vüsalın komandası Albaniyada lider oldu

24 Sentyabr 2023 02:10 Bizimkilər 622
Vüsalın komandası Albaniyada lider oldu

Albaniya Superliqasında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” evdə "Laçi" ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

V.İsgəndərli start heyətdə meydana daxil olub və 81-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.

Bu nəticədən sonra “Eqnatiya” 10 xalla (5 oyun) turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. "Tirana" 10 xalla (5 oyun), "Partizani" 8 xalla (4 oyun) 3-cüdür.

"Eqnatiya" - "Laçi" 2:1
Qollar:
Dvamena, 11 (1:0), Spahiu, 57 (2:0), Malota, 84-avtoqol (2:1)

Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?