Azərbaycanlı istedad Türkiyə yığmasının hədəfində - FOTO

23 Sentyabr 17:40 Bizimkilər 4 642
Azərbaycanlı istedad Türkiyə yığmasının hədəfində - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin oğlu Furqan Musayev “Beşiktaş” ilə müqavilə imzalayıb.

O, İstanbul təmsilçinin U-14 komandasına cəlb olunub

13 yaşlı hücumçu futbola “Qarabağ”ın akademiyasında başlayıb. 2021-ci ildə “Beşiktaş”ın diqqətini cəlb edib.

O, bu “qara qartallar”ın U-12 və U-14 komandalarında məşq edir. “Beşiktaş” futbolçunu bəyəndikdən sonra “Qarabağ”la onun transferi üçün danışıqlara başlayıb və UEFA-ya müraciət ünvanlayıb.

Qitə futbol qurumu türkiyəlilərin məktubuna müsbət cavab verib. Türkiyə Futbol Federasiyası da artıq onun “qartallar”ın akademiyasında çıxışına rəsmi icazə verib.

“Beşiktaş”la uzunümddətli müqavilə imzalayan Furqanın yaxın gələcəkdə Türkiyə yığmasına çağırılması da gözlənilir.

Əla qol duyumu ilə yerli mütəxəssislərin rəğbətini qazanan həmyerlimiz haqda TFF-nin seleksiyaçılarına geniş məlumat təqdim olunub. Odur ki, ona yerli vətəmdaşlığın verilməsi gündəmə gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."