Azərbaycanı danışıqlarda kim təmsil edir? - FOTO

21 Sentyabr 2023 12:50 Bizimkilər 791
Azərbaycanı danışıqlarda kim təmsil edir? - FOTO

Xəbər verdiyimiz kimi, hazırda Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndə heyəti ilə görüş keçirilir.

Rəsmi Bakını görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov təmsil edir.

Ramin Məmmədovun özü əslən Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.

2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır.

R.Məmmədov bu il martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi