
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted” Asiya Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Tayland çempionu öz meydanında Çindən "Çjezyan"ı qəbul edib.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Şeydayev start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.