İlham Əliyev Ərdoğanla telefonla danışdı

21 Sentyabr 2023 07:20 Bizimkilər 648
İlham Əliyev Ərdoğanla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb.

Bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Türkiyə lideri telefon danışığı zamanı İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

Ərdoğan bir daha Əliyevə Türkiyənin Azərbaycanı ürəkdən dəstəklədiyini bildirib.

Prezidentlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...