“Vensan Abubakar və Mauro İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevirəm. Hücumçulardan çəkinmirəm”.
Sportinfo.az xəbər verir ki, bunu "Adana Dəmirspor”a transfer olunan Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın məşqindən əvvəl mətbuat nümayəndələrinə açıqlamasında deyib.
29 yaşlı qolkiper yeni kluba uyğunlaşmaqda çətinlik çəkmədiyini söyləyib:
“Ötən həftə mənim üçün xüsusi idi. Çünki ilk dəfə azarkeşlərimizlə bir araya gəldim. Onları daha əvvəldən izləyirdim.
“Adana Dəmirspor”un bir parçası olduğum üçün fəxr edirəm. Mövqeyimdə güclü rəqabətin olduğunu bilərək gəlmişəm.
Üzərimə düşən öhdəlik çox çalışmaqdır. Uyğunlaşma dönəmi mənim üçün asan keçir.
Çünki Azərbaycan və Türkiyədə insanlar bir-birilərinə çox bənzəyirlər. Bura gəlməklə bağlı qərarı verərkən çətinlik çəkmədim. Superliqanı yaxından izləyirdim”.
Ş.Məhəmmədəliyev Türkiyə Superliqasında çıxış edən qapıçılarla bağlı da düşüncələrini bölüşüb:
“Heç bir qapıçını özümə kumir saymıram. Fernando Muslera uzun müddətdir yüksək səviyyədə çıxış edir. Dostum İbrahim Şehiç də çox yaxşıdır”.
Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”la 2 illik müqavilə bağlayıb.