Azərbaycanlı hücumçu Asiya Çempionlar Liqasında debüt etdi

20 Sentyabr 2023 23:20 Bizimkilər 787
Azərbaycanlı hücumçu Asiya Çempionlar Liqasında debüt etdi

Asiya Çempionlar Liqasının qrup mərhələsində 1-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" bu gün qrupda ilk oyununa çıxıb.

Tailand təmsilçisi öz meydanında Çindən "Zhejyanq" ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

Ramil Şeydayev ilk 11-likdə meydana çıxıb. O, 73-cü dəqiqədə, hesab 4:1 olarkən əvəzlənib.

Ramil oyunda qol vura bilməyib. Bu, Şeydayevin Asiya Çempionlar Liqasında ilk oyunu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı