“Beş ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi...” - VİDEO+FOTO

20 Sentyabr 2023 16:10 Bizimkilər 720
“Beş ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi...” - VİDEO+FOTO

Sentyabrın 19-da erməni terroru nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov 5 ay əvvəl ailə həyatı qurubmuş.

Bu barədə jurnalist Nicat Hüseyn Dağlar sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, övlad yolu gözləyən şəhidin çox kədərli həyat hekayəsi olub:

“Xəzər körpə yaşlarında atası Azər kişi ilə dənizə gedir. O, dənizdə üzərkən boğulmaq təhlükəsi ilə üzləşir. Bunu görən atası oğlunun köməyinə yetişir.

Ata Xəzəri ölümdən xilas etsə də, özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir. Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir...

Bu gün Xəzər illər öncə onu ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında dəfn olundu”.

Xəzər Zamanov bu gün Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı