COP29

Millimizin müdafiəçisi Sakaryadan 3 xalla döndü, təhlükəli zonadan qurtuldu - VİDEO

6 May 08:50 Bizimkilər 414
Millimizin müdafiəçisi Sakaryadan 3 xalla döndü, təhlükəli zonadan qurtuldu - VİDEO

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geydiyi “Tuzlaspor” səfərdə “Sakaryaspor”un qonağı olub.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Bəxtiyar 82-ci dəqiqədə Streli Mambanın əvəzinə meydana çıxıb.

Matç Həsənalızadənin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vacib qələbə qazanan “Tuzlaspor” xallarının sayını 37-ə çatdırmaqla sona 1 tur qalmış təhlükəli zonadan qurtulub. Hazırda millimizin müdafiəçisinin komandası 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq