Diniyevə 5 dəqiqə vaxt verdilər, sevindi - VİDEO

6 May 2024 08:40 Bizimkilər 738
Diniyevə 5 dəqiqə vaxt verdilər, sevindi - VİDEO

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” öz meydanında “Erzurumspor”u qəbul edib.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayan Coşqun 85-ci dəqiqədə meydana daxil olub. O, İsaak Kofieni əvəzləyib.

Görüş Coşqunun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarının sayını 40-a çatdıran “Ümraniyespor” turnir cədvəlində 12-ci pilləyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO