Yığmamızın forvardı Antepdə ehtiyat skamyadan ayağa qalxmadı - VİDEO

6 May 2024 08:20 Bizimkilər 869
Yığmamızın forvardı Antepdə ehtiyat skamyadan ayağa qalxmadı - VİDEO

Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Hatayspor” səfərdə “Qaziantep”in qonağı olub.

R.Dadaşovun əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izlədiyi matçda qalib aşkarlanmayıb.

Bu heç-heçədən sonra xallarının sayını 34-ə çatdıran “Hatayspor” 20 komanda arasında 18-ci, “Qaziantep” isə 35 xalla 17-ci pillədə qərarlaşıb. Hər iki kollektiv təhlükəli zonada yer alıb.

“Qaziantep” - “Hatayspor” 1:1
Qollar:
Papi Djilobodji, 11 (1:0), Qi Kilama, 15 (1:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO