Qurban Qurbanovun oğlu: “Atam ölkəmiz və futbolumuz üçün çox şey edib”

11 Avqust 2023 13:40 Bizimkilər 829
Qurban Qurbanovun oğlu: “Atam ölkəmiz və futbolumuz üçün çox şey edib”

“Atam mənim üçün nümunədir”.

Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in (İsveç) azərbaycanlı futbolçusu Musa Qurbanlı “expressen.se” saytına müsahibəsində atası Qurban Qurbanov barədə danışarkən deyib.

21 yaşlı hücumçu 15 ildir “Qarabağ”a rəhbərlik edən atasının Azərbaycanda çox sevildiyini bildirib:

“Atam təkcə mənim üçün deyil, ölkəmizdəki digər gənc futbolçular üçün də örnəkdir. Təkcə futbol uğurlarına görə yox, həm də şəxsiyyətinə, xarakterinə görə.

O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədib.

Atam mənim üçün, demək olar ki, hər şey deməkdir”.

Musa Qurbanlı bu mövsüm “Yurqorden"in heyətində 4 oyun keçirsə də, hələ qol hesabını aça bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı