“Çıxışımdan nadir hallarda razı qalıram”.
Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in azərbaycanlı futbolçusu Musa Qurbanlı “Forum 1891” nəşrinə müsahibəsində deyib.
"Qarabağ"ın sabiq hücumçusu ötən ay İsveç klubu ilə 3 illik müqavilə bağlayıb:
Yay fasiləsində “Qarabağ”dan Stokholm komandasına keçən 21 yaşlı hücumçu hələ də ideal formasından uzaq olduğunu etiraf edib:
“Öz üzərimdə çalışıram, məşqlərimi edirəm. Ən yaxşı formamı yığmaq üçün mənə bir neçə oyun lazımdır.
Kollektivə uyğunlaşmağa çalışıram. Bura mənim üçün tam fərqli liqa və yeni komandadır.
Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacaq. Çox narahat deyiləm, əksinə, durmadan üzərimdə işləyirəm.
Bilirəm ki, daha yaxşısını edə bilərəm”.

