Musa Qurbanlının son avrokubok oyunundan VİDEO

5 Avqust 2023 07:20 Bizimkilər 828
Musa Qurbanlının son avrokubok oyunundan VİDEO

Azərbaycan millisinin forvardı Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavaba görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, İsveç klubu "Lütsern"lə səfər görüşündə istədiyi nəticəni qazana bilməyib.

İsveçrədə rəqibi ilə 1:1 oynayan "Yurqorden" avrokuboklarla vidalaşıb.

Musanın komandası ilk görüşdə evdə 1:2 uduzmuşdu. Millimizin üzvü 38-ci dəqiqədə meydana daxil olub.

"Lütsern" (İsveçrə) - "Yurqorden" (İsveç) - 1:1
Qollar: Burç, 27 (1:0), Asoro, 45+6 (1:1)

İlk oyun - 2:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı