Azərbaycanlı hücumçu baxımlı qol vurdu, izləyənlər ayağa qalxdı - VİDEO

3 Avqust 2023 02:40 Bizimkilər 2 556
Azərbaycanlı hücumçu baxımlı qol vurdu, izləyənlər ayağa qalxdı - VİDEO

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Astana"nın qonağı olub.

Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İki görüşün nəticəsinə görə 6:0 hesablı üstünlük əldə edən "Dinamo" III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan 26 yaşlı forvard 78-ci dəqiqədə əvəzlənib. Mahir 24-cü dəqiqədə komandasının ilk qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti