İki tanınmış azərbaycanlı idmançıdan növbəti zəfər - VİDEO

1 Avqust 2023 07:20 Bizimkilər 810
İki tanınmış azərbaycanlı idmançıdan növbəti zəfər - VİDEO

Azərbaycanın MMA döyüşçüləri növbəti uğura imza atıblar.

Sportinfo.az xəbər verir ki, təmsilçilərimiz Tofiq Musayev və Vüqar Kərəmov “Bellator” və “Rizin”in birlikdə təşkil etdiyi “Super Rizin 2” turnirində kəmər döyüşünə çıxıblar.

Hər iki döyüşçümüz Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Tofiq yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb.

Vüqar yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. İdmançımız 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı