Azərbaycanlı hücumçuya olan qədər kobudluğu heç kimə etməyiblər

26 Sentyabr 2022 03:10 Bizimkilər 1 471
Azərbaycanlı hücumçuya olan qədər kobudluğu heç kimə etməyiblər

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Superliqanın rəsmi saytı məlumat yayıb.

Qurumun rəsmi saytında Dadaşovun son bir ayda iki qol vurub, bir məhsuldar ötürmə etməsi qeyd edilib. Bununla da o, ötən ay “Qrasshopper”in əsas fiquruna çevrilmişdi.

​Bundan başqa, bildirilir ki, bu mövsümün 7 turunda azərbaycanlı hücumçuya (23 dəfə) edilən kobudluq qədər başqa heç kimə edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti