Şeydayev "Kocaelispor"da ilk qolunu belə vurdu - VİDEO

15 Aprel 2024 00:50 Bizimkilər 1 797
Şeydayev "Kocaelispor"da ilk qolunu belə vurdu - VİDEO

Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" evdə "Giresunspor"la üz-üzə gəlib.

Matçda "Kocaelispor" 2:0 hesablı qələbə qazanıb.

Ramil bu oyunda meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 28 yaşlı hücumçu fərqlənməyi də bacarıb.

O, 8-ci dəqiqədə hesabı açıb. Bu, Şeydayevin Türkiyə klubundakı ilk qolu olub. "Kocaeispor"un digər qolunu isə 76-cı dəqiqədə Daniel Kandeyas vurub.

Hazırda 52 xalı olan "Kocaelispor" turnir cədvəlində 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!