Avstriyadakı legionerimizə yüksək liqadan təklif var

22 İyun 2022 23:40 Bizimkilər 1 027
Avstriyadakı legionerimizə yüksək liqadan təklif var

Amit Quluzadə Lüksemburqda çıxış edə bilər.

Belə ki, adıçəkilən ölkənin yüksək liqa təmsilçisi “Proqres” azərbaycanlı futbolçuya təklif göndərib.

Danışıqlar müsbət yekunlaşsa, yarımmüdafiəçini qarşıdakı mövsümdə Lüksemburq çempionatında görə bilərik.

Təcrübəli oyunçu hazırda “ATSV Stadl-Paura” klubuna məxsusdur. Bu ilin Mart ayından çıxış etdiyi Avstriya klubu ilə müqaviləsi ayın sonu başa çatır.

Sayca Avstriyanın üçüncü liqa klubu olan “ATSV Stadl-Paura” klubu da Amitin xidmətində maraqlıdır. Sadəcə 28 yaşlı oyunçu daha yüksək liqada çıxış etmək istəyir.

Zəngin karyerası olan Quluzadə daha əvvəl “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Milsami” (Moldova) və “Çelik”də (Bosniya və Hersoqovina) çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?