Namiq Ələskərov: "İnanın, biz də Super Liqaya vəsiqə qazanmaq istəyirik"

28 Yanvar 2022 02:50 Bizimkilər 650
Namiq Ələskərov: "İnanın, biz də Super Liqaya vəsiqə qazanmaq istəyirik"

"Bursaspor"da çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələskərov açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, "Bursaspor" jurnalında azarkeşlərə səslənərək, dəstək gözlədiklərini, Super Liqaya vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacaqlarını söyləyib:

"Azarkeşlərə mesajım budu: həmişəki kimi arxamızda olsunlar. Məlumdu ki, çətin dövrdən keçirik və belə zamanlarda ən çox onların dəstəyinə ehtiyacımız var.

İnanın, biz də Super Liqaya vəsiqə qazanıb, azarkeşlərimizi sevindirməyi çox istəyirik. Bir şeyə tam əmin olsunlar, bunun üçün sona qədər döyüşəcəyik. Hər şey "Bursaspor" üçün!"

"Bursaspor" I Liqada 20 oyunda eyni sayda xal toplayıb və 19 komanda arasında 17-cidi.

Digər Xəbərlər
Xəbər Lenti