Azərbaycanlı legionerin qolunu sındırdılar - FOTO

20 Yanvar 2022 22:20 Bizimkilər 928
Azərbaycanlı legionerin qolunu sındırdılar - FOTO

Karyerasını Nepalda davam etdirən azərbaycanlı futbolçu Nurlan Novruzov ciddi zədə alıb.

Həmyerlimiz oyun zamanı biləyi sınıb. Hazırda qolu gipsdə olan hücumçu bir müddət komandasının hazırlığından kənar qalacaq.

28 yaşlı hücumçu ötən ilin dekabrından "Maçxindira”da çıxış edir.

Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans” kimi klublarda forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti