Onların yeganə qolunu azərbaycanlı hücumçu vurdu - VİDEO

2 Dekabr 2021 02:40 Bizimkilər 787
Onların yeganə qolunu azərbaycanlı hücumçu vurdu - VİDEO

Rusiya 1-ci divizionunda 25-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” səfərdə “Yenisey”lə qarşılaşıb və uduzub – 1:3.

Kamran start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Xabarovskluların yeganə qolunu da azərbaycanlı hücumçu vurub. Əliyev 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.

“SKA-Xabarovsk" 41 xalla 20 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti