Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Erzurum BB" ilə qarşılaşıb.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov 71-ci dəqiqədə meydana daxil olub.
"Ankaragücü" hazırda 3 xalla 7-cidir.
"Erzurum BB" - "Ankaragücü" 1:0
Qol: Yumlu, 35

