Azərbaycanlı futbolçu özünə klub tapa bilmir - Polşada

11 Oktyabr 2021 23:20 Bizimkilər 778
Azərbaycanlı futbolçu özünə klub tapa bilmir - Polşada

Azərbaycanın gənclərdən ibarət yığmasının və "Keşlə”nin sabiq yarımmüdafiəçisi Fuad Bayramov Polşanın "Ostroveç-Sventokşiski” klubu ilə yolları ayırmasındam uzun müddət keçməsinə baxmayaraq hələ də klubsuzdur.

26 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasından bunun səbəbini belə izah edib: "Maraqlanan klub var, amma təklif olunan maaş çox aşağıdır. Düşündüm ki, təklif olunan qiymətə oynamağına dəyməz. Hələ də ümid edirəm ki, klub taparam. Ancaq böyük ehtimal qışa kimi klubsuz qalacam. Hələki formada qalmaq üçün məşqlərimi fərdi şəkildə davam etdirirəm".

Qeyd edək ki, "Ostroveç-Sventokşiski” Polşa çempionatının səviyyəcə dördüncü liqasında (III Liqa, 4-cü qrup) mübarizə aparır. Fuad Bayramov fevral ayından aşağı liqa təmsilçisində çıxış edirdi. O, meydana çıxdığı 11 oyunda 4 dəfə fərqlənməyi bacarıb.

Bayramov karyerasının böyük hissəsini "Keşlə”də keçirib. O, 2019-cu ildə Gürcüstanın "Rustavi” klubunda da qısa müddət legioner həyatı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti