“Legiya”nın sahibi: “Mahir Emrelini ona görə bura gətirmişik ki...”

15 Sentyabr 19:40 Bizimkilər 1 227
“Legiya”nın sahibi: “Mahir Emrelini ona görə bura gətirmişik ki...”

“Son transferlərdən razıyam.

Hazırkı heyət hərtərəfli güclüdür və baş məşqçiyə də geniş seçim imkanı yaradır”.

bunu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya”nın sahibi və prezidenti Dariuş Mioduski deyib.

"Legiya"ya "Qarabağ"dan keçən Mahir Polşa klubu ilə 2+1 illik müqavilə bağlayıb. Futbol funksionerləri Emreli də daxil olmaqla yay fasiləsində reallaşdırdıqları transferləri ümumi dəyərləndirib:

“Yayda 10 transfer həyata keçirdik. Bu oyunçuları “transfer pəncərəsi”nin ilk günlərində ala bilməzsiniz.

Ancaq yenə də bu dönəmi sürətli keçirməyə çalışdıq. Həmin futbolçuları bir mövsümlük deyil, gələcəyin heyətini formalaşdırmaq üçün gətirmişik.

Bu baxımdan bizə müəyyən dəyərə malik oyunçular gəlib.

Onlar oyunları ilə getcikdə həm özlərinin, həm də komandanın dəyərini artıracaqlar. Hazırda ən gənc komandalardan biriyik”.

Xəbər Lenti