"Legiya" Mahiri oynatmadı, Antonu üzdü

25 İyul 2021 00:56 Bizimkilər 2 150
"Legiya" Mahiri oynatmadı, Antonu üzdü

Polşa Ekstraklasasında mövsümün ilk turu keçirilir.

Sportinfo.az xəbər verir ki, ilk tur çərçivəsində Varşava "Legiya"sı və Plotsk "Visla"sı qarşılaşıblar.

"Legiya"nın hücumçusu Mahir Emreli oyunun iştirak ərizəsinə salınmayıb. "Visla"da çıxış edən Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə start heyətdə olub və sonadək mübarizə aparıb.

Krivotsyuk Plotsk "Visla"sında rəsmi debüt edib. O, "Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçakla birgə müdafiənin mərkəzində yer alıb.

Qarşılaşma isə "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti