Azərbaycan millisinin yeni geyimi, açılışdakı sayı və sırası - VİDEO+FOTOLAR

23 İyul 2021 15:00 Bizimkilər 588
Azərbaycan millisinin yeni geyimi, açılışdakı sayı və sırası - VİDEO+FOTOLAR

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda 5-ci keçəcək.

Sportinfo.az xəbər verir ki, bu haqda Milli Olimpiya Komitəsinin media üçün məlumatında bildirilib.

Tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq.

Azərbaycan bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbir azarkeşsiz keçiriləcək. Mərasimi yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli Olimpiya Komitələrinin 1 000-dək rəsmi şəxsi izləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti