Rəşad Sadıqov Türkiyə millisinə “14”lə dəstək verdi - FOTO

21 İyun 2021 00:56 Bizimkilər 1 147
Rəşad Sadıqov Türkiyə millisinə “14”lə dəstək verdi - FOTO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avro-2020-nin A qrupunun 3-cü turunda Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə - Türkiyə (3:1) oyununu arenadan canlı izləyib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis stadiona Türkiyə millisinin 14 nömrəli forması və qardaş ölkənin bayrağı ilə gedib.

O, stadiondan olan şəklini öz İnstaqram səhifəsində paylaşıb.

R.Sadıqov futbolçu karyerasının boyük hissəsini keçirdiyi "Qarabağ" və milli komandamızda da 14 nömrəli formanı geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti