Azərbaycanlı futbolçunun Türkiyə klubunda təqdimatı niyə gecikir?

9 İyun 2021 22:20 Bizimkilər 1 311
Azərbaycanlı futbolçunun Türkiyə klubunda təqdimatı niyə gecikir?

"Keşlə"dən ayrılan Vüsal İsgəndərlinin Türkiyə 1-ci liqa klubu "Keçiörengücü" ilə 3 illik müqavilə imzalamasını xəbər vermişdik.

Hətta yarımmüdafiəçi özü də saytımıza açıqlamasında transferi üçün Türkiyədə olmasını təsdiqləmişdi.

Ancaq İsgəndərlinin qardaş ölkəyə getməsindən bir neçə gün keçsə də, onun 1-ci liqa klubuna transferi hələ də rəsmiləşməyib.

Təqdimatın gecikməsinə səbəb olan amilləri öyrənmək üçün 26 yaşlı futbolçunun özü ilə danışdıq.

O, Sportinfo az-a açıqlamasında bunları deyib: "Yox, transferimlə bağlı heç bir problem yoxdur. Sadəcə mən bura gələndə klub istirahətdə idi. Təqdimatımın daha yaxşı olması üçün ayın 25-ni gözləməyim məsləhət oldu.

Müqavilə bağlamışam və indi Bakıya qayıdıram. Ayın 26-sı məşqlər başlayır. 25-i Türkiyəyə qayıdacam. Kub tərəfindən rəsmi açıqlanma və təqdimat onda olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?