Ronaldonun olduğu yerdə "Neftçi"nin hücumçusu da var

13 May 2021 19:00 Bizimkilər 1 688
Ronaldonun olduğu yerdə "Neftçi"nin hücumçusu da var

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempinatları tarixində ən çox oyuna çıxmaqla rekorda imza atan futbolçuların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycanın əfsanəvi futbolçusu, SSRİ yığmasının və "Neftçi"nin sabiq hücumçusu Anatoli Banişevskinin adı da yer alıb.

SSRİ komandasının 3 üzvü - Valentin İvanov, Lev Yaşin və Viktor Ponedelnik AVRO-1964-ün sonuna qədər 4 oyun keçiriblər. Bu, həmin vaxt çempionatın rekordu hesab edilib.

1972-ci ildəki yarışın sonunda isə Antoli Banişevski və daha bir neçə futbolçu bu uğuru təkrarlayıb.

Daha sonra 8 oyunçunun rekordunu 1976-cı ildə Yuqoslaviyanın heyətində Draqan Caiç qırıb. Keçmiş forvard həmin vaxt Avropa çempinatlarında 5-ci oyununa çıxıb.

Hazırda oyunların sayına görə rekord Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldoya məxsusdur.

O, bu vaxta qədər 21 dəfə Avropa çempionatları matçında meydanda olub. Təcrübəli oyunçu AVRO-2020-də öz rekordunu daha da təkmilləşdirə bilər.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Anatoli Banişevski 1968 və 1972-ci ildə SSRİ yığmasının heyətində Avropa çempionatında oynayıb. O, 1972-ci ildə komanda ilə birlikdə gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti