Rövnəq Abdullayev qiymət verdi: "Bu, AFFA üçün vacib hadisədir"

14 Aprel 2021 14:00 Bizimkilər 594
Rövnəq Abdullayev qiymət verdi: "Bu, AFFA üçün vacib hadisədir"

"Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız Anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev türkdilli ölkələrin futbol assosiasiyaları arasında Anlaşma Memorandumu imzalanan zaman deyib.

Funksioner bildirib ki, belə bir anlaşmanın imzalanması AFFA üçün vacib hadisədir: "Əminik ki, bütün həmkarlarımız bundan məmnundur.

Bildiyiniz kimi, memorandum qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamları özündə əks etdirir və qarşıdakı illərdə futbolun inkişafı ilə bağlı bütün istiqamətlərdə təcrübəmizin paylaşılması baxımından əlavə üstünlük yaradan bir platformadır.

Əlbəttə, çox istərdik ki, bu cür vacib və tarixi əhəmiyyətli sənədin imza mərasimi canlı görüş formatında təşkil olunsun. Təəssüf ki, son dövrlərin məlum səbəbləri ucbatından bu gün onlayn formatda görüşməli oluruq.

Ümid edək ki, gələcəkdə bu memorandumdan irəli gələn bütün məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması zamanı onlayn görüş zərurəti olmayacaq. Bir daha hər birinizə təşəkkür edir, Anlaşma Memorandumunun imzalayan bütün futbol assosiasiyaları üçün xeyirli-uğurlu olmasını arzulayıram!”

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Türkiyə Futbol Federasiyasının 1-ci vitse-prezidenti Servet Yardımcı və baş katib Kadir Kardaş, Macarıstan Futbol Federasiyasının vitse-prezidenti Sandor Berzi, Qırğız Futbol İttifaqının vitse-prezidenti Dastanbek Konakbayev, Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti Ravşan İrmatov, Türk Şurası baş katibinin müavini Ömer Kocaman və layihə direktoru Ali Çiviler iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"